Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Merkel ən nüfuzlu qadındır
Merkel ən nüfuzlu qadındır
23 May 2013 / 10:59 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Forbes jurnalı 2013-cü il dünyada 100 ən nüfuzlu qadının adlarından ibarət illik siyahısını açıqlayıb. Mötəbər dərginin populyar siyahısında böyük siyasət, texnologiya, biznes, media və əyləncə sahələrində fəaliyyətləri və gördüyü işlərlə qlobal inkişafa töhvə verən qadınlar göstərilib.

Forbs jurnalı bu il qadınların tutduğu elitar mövqe əsasında seçim prinsipindən kənara çıxaraq onların dünyada dəyişikliklər yaratmaq və gələcək nəsillərə ötürə biləcək ideyalarının nəzərə alındığını bildirib.

Dünyanın bir nömrəli nüfuzlu qadını Almaniya kansleri Angela Merkeldir. Xanım Merkel son 10 ildə yeddi dəfə 100 ən nüfuzlu qadın siyahısında birinci yerdə göstərilib. Bu il siyahıda ikinci yerdə Braziliya prezidenti Dilma Russef gəlir. Siyahıda onlarla bərabər daha doqquz qadın dövlət başçısı göstərilib. Bunlar Avstraliyanın baş naziri Culiya Gillard (28-ci), Argentina prezidenti Kristina Fernendes de Kişner (26-cı), Britaniya kraliçası İkinci Yelizaveta (40-cı), Liberya prezidenti Elen Coson Sörlif (87-ci), Malavi prezidenti Coys Banda (47-ci yer), Cənubi Koreya prezidenti Geun-hye Park və Tailandın baş naziri Yunqlik Şinavatradır (31-ci).

Forbs siyahısında ABŞ-ı 59 qadın təmsil edir. Siyasi və ictimai xadimlər, eləcə də media və əyləncə sahəsi ilə yanaşı texnologiya, xeyriyyəçilik, maarifləndirmə və təhsil sahələrində də Amerika qadınları siyahıda əksəriyyət təşkil edir. Facebook sosial şəbəkəsinin əməliyyatlar üzrə direktoru Şeril Sandberq (6-cı), Bill və Melinda Geyts Fondunun həmtəsisçisi, xeyriyyəçi Melinda Geyts (3-cü), Google şirkətinin vitse-prezidenti Süzan Voyçiçki 30-cü), Cənubi Afrikada Opra Vinfri adına qızlar akademiyasının təsisçisi, media moqul Opra Vinfri (13-cü), musiqiçi və müğənni Beyonsi Nouls (17-ci) siyahıya öz işləri nəticəsində təsir yaratdıqlarına görə siyahıda göstəriliblər.

Forbs siyahısının favoritləri, ya da birincilərin birincisi kateqoriyasına yəqin ki ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonu salmaq olar. Xanım Klinton birincilik tituluna görə çempion statusu da qazana bilər. O, ABŞ Senatına seçilmiş ilk birinci xanım, sonra da senatorluqdan namizədliyini prezidentliyə irəli sürmüş ilk qadındır.

Birinci xanımlara gəldikdə, ABŞ-ın hazırkı birinci xanımı Mişel Obama Forbs jurnalının siyahısında dördüncü yerdə gəlir. Xanım Obama ölkədə həyat yoldaşından daha artıq populyarlığa malikdir. Uşaqların sağlamlığı məsələsini Ağ Ev səviyyəsində prioritet məsələyə çevirə bilmiş xanım Obamanın bu yaxınlarda bağçılığa həsr olunmuş “American Grown” (“Amerikada yetişdirilmiş”) kitabı işıq üzü görüb. Bununla yanaşı, yüksək moda ilə yanaşı, gənc modelyerləri dəstəkləyən birinci xanım Mişel Obama geyim stili ilə də amerikalıların zövqünü oxşayır.

Forbs siyahısında moda və dəbə az yer verilmir. Siyahıda İtaliyada Prada evinin sahibi, dizayner Miuççia Prada (58-ci), moda dizayneri Dayan von Furstenberq (74-cü), gənc amerikalı dizayner Tori Börç (69-cu), ən gənc milyarder qadın, Spanx şirkətinin təsisçisi Sara Bleyklinin (90-cı) adları var.

Forbs jurnalı Asiya ölkələrində, xüsusilə də Çində biznes sahəsində çalışan qadınların sayını artdığını bildirir. Yaxın Şərqə və Mərkəzi Asiyaya gəldikdə isə Türkiyədə Sabançı Holdinq şirkətinin ilk qadın başçısı və icraçı direktoru Gülər Sabançı (94-cü) ilə yanaşı, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən hərəsindən bir qadın siyahıda göstərilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə