Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Daşqınlar Norveçi batırdı
Daşqınlar Norveçi batırdı
23 May 2013 / 12:09 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Yüzlərlə insan evsiz qaldı

Norveçin cənub bölgələrində güclü subasma ucbatından bir neçə yüz adam ötən gecə təxliyyə olunub.

Səhərə yaxın 260 nəfər yaşadığı ərazidən uzaqlaşdırılıb. Yerli hökumətin məlumatına görə, ən çətin vəziyyət Kvama kommunası ərazisindədir.
Burada çaylardakı suyun miqdarı hər 10 dəqiqədə yarım metr qalxıb. “Kvamanın bir neçə rayonunda vəziyyət gərgindir. Stroa çayı öz mənsəbindən çıxıb.Vəziyyətə nəzarət etmək mümkün deyil”, – Kvama kommunasının nümayəndəsi Nur-Fron Arne Sanbyu jurnalistlərə açıqlamasında deyib. Bundan başqa, leysan yağışları və əriyən qar Norveçin şərqindəki Estland regionunda da daşqınlara səbəb olub.

Hökumət bu daşqınların son 50 ildə ən güclü daşqın olacağından ehtiyatlanırlar. NRK telekanalı bildirir ki, ölkənin şərqində yüzlərlə avtomobil yolu subasma ucbatından yararsız hala düşüb. Oslo-Tronheym magistralında asfalt çöküb və bir neçə metr dərinliyində çala yaranıb.
Nesbyuen şəhərciyində və digər yaşayış məntəqələrində də sakinlər torpaq sürüşməsi təhlükəsi ucbatından təxliyyə olunublar.Hökumət sakinlərə müraciət edərək ehtiyatlı olmağa və sayıqlığı itirməməyə çağırıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə