Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Elmar Məmmədyarov: “Hansı marşrutun seçiləcəyinə NATO qərar verəcək”
Elmar Məmmədyarov: “Hansı marşrutun seçiləcəyinə NATO qərar verəcək”
23 May 2013 / 12:45 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO hərbi kontingentinin Əfqanıstandan çıxarılması və Azərbaycanın bu prosesdə iştirakı məsələsini şərh edib.

arxiv.bizimxeber.az-ın məlumatına görə, nazir “Nezavisimaya qazeta”ya müsahibəsində bildirib ki, 2014-cü ildən etibarən qoşunların Əfqanıstandan çıxarılması üçün multimodal daşınma üsulları tətbiq olunacaq. Bu, üç marşrutu ehtiva edir: Özbəkistan və Rusiya vasitəsilə Şimal marşrutu, Karaçi limanı (Pakistan) və təyyarələrlə Bakıya gəlib buradan dəmir yolu ilə qoşunların ya Gürcüstanın Qara dəniz limanlarına, ya da Bakı-Tiflis-Qars dəmir yolunun istismara verilməsindən sonra bu dəmir yolu ilə NATO qüvvələrinin Türkiyəyə göndərilməsi. “Hər üç marşrut nəzərdən keçirilir və bunlardan hansının seçiləcəyinə NATO rəhbərliyi qərar verəcək. Xəzər dənizindən istifadə olunması hələlik müzakirə edilmir” – deyə nazir qeyd edib.

Xəzərdə ABŞ-ın hərbi-dəniz bazasının yaradılması məsələsinə gəlincə, E. Məmmədyarov deyib ki, Xəzəryanı ölkələrin müzakirə etdiyi məsələlərdən biri dənizdə üçüncü ölkələrin hərbi mövcudluğuna yol verilməməsidir: “Mən Azərbaycan adından danışa bilərəm. Bizim qanunvericilik ölkə ərazisində xarici hərbi bazanın mövcudluğunu qadağan edir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə