Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Obama İlham Əliyevi təbrik etdi
Obama İlham Əliyevi təbrik etdi
23 May 2013 / 16:15 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm”

Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. ANS PRESS-in AzərTAc-a istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. 1918-ci il mayın 28-də müstəqil Azərbaycan müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika kimi beynəlxalq ictimaiyyətə nümunə oldu. Azərbaycanın əlamətdar tarixi ilə bağlı bayrama biz də qoşuluruq.

Ölkələrimiz arasında, xüsusilə də enerji və regional təhlükəsizlik sahələrində möhkəm tərəfdaşlıq mövcuddur. ABŞ, həmçinin davamlı, çiçəklənən demokratik cəmiyyətin qurulmasında və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Azərbaycanın səylərinə kömək etməyə tam sadiqdir. Əfqanıstandakı kollektiv səylərimizin dəstəklənməsinə Azərbaycanın töhfələrini olduqca yüksək qiymətləndiririk.

Milli bayramınız münasibətilə Sizə və Azərbaycan xalqına Amerika xalqı adından ən xoş arzularımı çatdırıram”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə