Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

750 kq yararsız ərzaq satışdan çıxarıldı
750 kq yararsız ərzaq satışdan çıxarıldı
23 May 2013 / 17:20 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqini keçirib. Nazirliyin mətbuat xidmətindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, monitorunqlər zamanı

Bakının Binəqədi rayonunda

–         Binəqədi qəsəbəsi, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 72 ünvanında “Avrora” firmasına məxsus “Bolmart” mağazasında;

Nəsimi rayonunda

–         Həsən Əliyev küçəsi, 1061-ci məhəllədə Ramin İlyasova məxsus “Avropa” mağazasında;

 Sumqayıt şəhərində

–         10-cu mikrorayonda Elvin Alırzalıya, Mirzə Qasımova və Roza Qarayevaya məxsus mağazalarda;

–         5-ci mikrorayon, C.Cabbarlı küçəsində Rəna Qurbanovaya məxsus “Roman” mağazasında;

–         5-ci mikrorayon, S.Vurğun küçəsində Rəsul Rzayevə məxsus mağazada;

Qusar rayonunda

–         Samur qəsəbəsində Feyti Abdullayevə məxsus mağazada;

–         Qusar şəhəri, N.Şərifov küçəsində İsa Əliyevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanmışdır.

 Nərimanov rayonunda

–         Çəmənzəminli küçəsi, ev 127V ünvanında Şəhram Əliyevə məxsus “Orange” mağazasında;

Yasamal rayonunda

–         Şərifzadə küçəsində Eynulla Əkbərova məxsus “Toğrul” mağazasında;

 

Gəncə şəhərində

–         Gülüstan qəsəbəsi, ev 5 ünvanında Hidayət Vəliyevə məxsus mağazada;

–         Sadıllı qəsəbəsində Ceyhun Məmmədova məxsus mağazada;

  Xaçmaz rayonunda

–         Çinartala kəndində Zəminə Məmmədsalahovaya və Elçin Kamilova məxsus mağazalarda;

–         Uzunoba kəndində Aydın Aydınova məxsus mağazada;

–         Nabran kəndində Zaur Paşa   yevə məxsus mağazada;

–         Xudat şəhəri M.F.Axundov küçəsində Araz Ağabalayevə məxsus mağazada;

  Ucar şəhərində

–         H.Əliyev küçəsində Nizami Mehdiyevə məxsus mağazada;

–         20 Yanvar küçəsində Ziyad Feyziyevə məxsus mağazada;

–         Rəsulzadə küçəsində Pünhan İbrahimova məxsus mağazada;

–         Firdovsi küçəsi, ev 20A ünvanında Fəridə Novruzovaya məxsus mağazada;

  Qusar rayonunda

– Samur qəsəbəsində Şöhrət Qənbərova məxsus mağazada;

– Bazar ərazisində Nizami Musayevə məxsus mağazada;

– Qusar şəhərində, Muxtadır küçəsində Ramin Abdullayevə məxsus mağazada;

   Xaçmaz şəhərində

– M.Müşfiq küçəsində İfadə İsmayılovaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı müəyyən edilmişdir.

Ümumilikdə, monitorinqlər zamanı 750 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasını İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Tural

arxiv.bizimxeber.az

 

 

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə