Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan və Rusiyanın müdafiə nazirləri görüşdü
Azərbaycan və Rusiyanın müdafiə nazirləri görüşdü
23 May 2013 / 17:29 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Bu gün Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu arasında ikitərəfli görüş keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, 20 dəqiqə çəkən görüşdə Azərbaycanla Rusiya arasında hərbi sahədə əlaqələr müzakirə olunub.

Mətbuata qapalı keçirilən görüşdə Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov və Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov da iştirak ediblər.

Qeyd edək ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev “Avropanın təhlükəsizliyinin hərbi və siyasi aspektləri” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Moskvaya səfərə gedib. Azərbaycanlı nazirin digər MDB ölkələrinin müdafiə nazirləri ilə də ikitərəfli görüşləri planlaşdırılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə