Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qarabağ münaqişəsi İrəvanda müzakirə olunacaq
Qarabağ münaqişəsi İrəvanda müzakirə olunacaq
24 May 2013 / 10:42 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4
Mayın 31-də İrəvanda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Ermənistanın rəhbərliyi altında AŞPA daimi komitəsinin iclası keçiriləcək.

arxiv.bizimxeber.az-ın məlumatına görə, müzakirələrdə əsas diqqət Ermənistanın AŞ Nazirlər Komitəsinə sədrliyi dövründə prioritetlərinə, AŞPA ilə AŞ Nazirlər Komitəsi arasında siyasi dialoqa ayrılacaq.

İclasın gündəliyinə alternativ həbs cəzası, Avropa Şurasının 2014-2015-ci il büdcəsinin müzakirəsi də daxildir.

AŞPA Avropa Sollar Qrupu iclasda “Dağlıq Qarabağ münaqişəsi 25 il sonra: Ermənistan və Azərbaycan barışdırmaq üçün Avropa Şurasının imkanları” mövzusunda müzakirələr keçirməsi təklif edib. Bu diskussiyaların tarixi iclasın gündəliyi təsdiqlənən zaman müəyyən olunacaq.

Xatırladaq ki, mayın 16-da Ermənistan Avropa Şurası Nazirlər Komitəsinə altı aylıq sədrlik səlahiyyətini rəsmən təhvil alıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə