Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezident “ASAN xidmət”in Xətai filialının açılışını edib
Prezident “ASAN xidmət”in Xətai filialının açılışını edib
24 May 2013 / 13:06 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Azərbaycan prezidenti İlham Əliyev mayın 24-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Xətai “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

arxiv.bizimxeber.az-ın məlumatına görə, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlət başçısına məlumat verib ki, bu mərkəz Bakının Xətai, Nizami və Suraxanı rayonlarının əhalisinə xidmət göstərəcək.

Qeyd edilib ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi fəaliyyətə başladığı dövrdən indiyədək ümumilikdə 100 minədək insana xidmət göstərib.

Mərkəzdə yaradılmış şəraitlə tanış olan Azərbaycan prezidentinə Elektron Məlumat Mərkəzi, Biometrik Məlumatların Toplanması Sistemi və “Asankart” barədə məlumat verilib.

Dövlət başçısına bildirilib ki, vətəndaşlara könüllülük prinsipi əsasında xidmət göstərmək üçün seçilmiş gənclər təlimlərə cəlb olunublar.

Prezident könüllülərlə görüşüb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə