Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Pasportlar dəyişəcək
Pasportlar dəyişəcək
24 May 2013 / 13:26 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Bu gün parlamentin iclasında “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanununa dəyişikliklər müzakirə olunub.

arxiv.bizimxeber.az-ın məlumatına görə, millət vəkilləri həmin qanundakı dəyişikliklərin lehinə səs verib.

Qanunda qeyd olunurdu ki, 2013-cü il iyunun 1-dən pasportda elektron daşıyıcı (çip) yerləşdirilməsi, elektron daşıyıcıya (çipə) pasport sahibinin imzası istisna olmaqla onun barəsində məlumatlar, pasport sahibinin üz təsviri və barmaq izi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi halda digər məlumatlar daxil edilməlidir. Müzakirəyə çıxarılacaq dəyişikliyə görə, bu tarix sentyabrın 1-nə keçirilir.

Qeyd edək ki, yeni qanunda, pasportların verilmə müddəti də göstərilib. Belə ki, pasportlar 1 yaşınadək uşaqlar üçün birillik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üçillik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beşillik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə onillik müddətə veriləcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə