Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Moskva gül bayramı keçirir
Moskva gül bayramı keçirir
24 May 2013 / 15:50 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Bayramda minlərlə gül nümayiş edilir

Moskva Dövlət Üniversitetinə aid “Aptek Baxçası” adlı botanika bağında açılan gül festivalı maraqlı mənzərələrə səhnə olub. Dünyanın fərqli coğrafyalarında yetişən yüzlərlə müxtəlif gül növlərini Moskva iqliminə uyğunlşadırmağı bacaran rusiyalı botaniklər baxçaya gələn ziyarətçiləri təbiət gözəlliyinə heyran etməyi bacarıblar. Lalə, maqnoliya və nərgiz kimi 200-dən çox növə aid minlərlə gülün nümayiş etdirildiyi sərgi görənləri özünə valeh edir.

1706-cı ilde Rus Çarı 1-ci Pyotrun göstərişiylə salınan “Aptek Baxçası” uzun illər Rusiyada dərman bitkiləri yetişdirmək məqsədilə istifadə edilib. Bütün qitələrə aid hər cür bitki və ağaca rast gəlindiyi bu baxça paytaxtın digər botanika bağlarından növ bolluğu ilə seçilir.

“Aptek Baxçası”nın direktoru Aleksey Rituevin sözlərinə görə, burada dünyanın ən gözəl gülləri toplanıb: “Bu baxçanın 300 illik tarixi var. Sadəcə Moskvada deyil, eləcə də bütün Rusiyada bu qədər müxtəlif bitkini bir araya toplayan başqa bir baxça tapa bilməzsiniz. Burda hər il ənənəvi olaraq keçirdiyimiz gül festivalında isə dünyanın ən gözəl güllərini görə bilərsiniz. Buradakı Maqnoliya və lalə növlərinin çoxu Rusiyada yalnız bizdədir. Bu il Hollandiyadan gətirdiyimiz yeni lalə növlerini də Moskva iqliminə uyğunlaşdırdıq”.
Baxça təkcə fauna və florası ilə fərqlənmir. Bundan əlavə bağçada Moskvanın ən tarixi gölməçəsi sayılan “İmperator gölməçəsi” var ki bu da öz gözəliyi ilə ziyarətçiləri heyran edir. Parkdakı hovuzlarda üzən ördək, balıq və tısbağalar da baxçanın gözəlliyinə ayrı bir rəng qatır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə