Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Zaman Azərbaycanın xeyrinə işləyir”
“Zaman Azərbaycanın xeyrinə işləyir”
24 May 2013 / 17:08 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Azərbaycan gec-tez Dağlıq Qarabağı separatçıların əlindən azad edəcək. Elə düşünülməsin ki, biz separatçıları oradan çıxartdıqdan sonra erməniləri də oradan qovacağıq. Yox, onlar orada doğulublar və yaşayırlar. Buna hüququ olanlar orada yaşamağa davam edəcəklər. Amma biz erməni separatçı rejiminin Dağlıq Qarabağda qalmasının və Ermənistanın bu rejimi dəstəkləməsinin qarşısını alacağıq. Bu mütləq olacaq”.

arxiv.bizimxeber.az-ın məlumatına görə, bu fikirləri Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov YAP Gənclər Birliyinin təşkilatçılığı ilə “Gənclərin dövlət ictimai-siyasi həyatında rolu” mövzusunda keçirilən seminarda deyib.

Ə. Həsənov qeyd edib ki, Dağlıq Qarabağ məsələsində zaman Azərbaycanın xeyrinə işləyir: “Biz də güclənirik. Ermənistan isə günü-gündən zəifləyir və insanlar buranı tərk edir. Belə getsə orada 1 milyon insan ancaq qalacaq. Qalanlar isə yaşlı, xəstə, ölkəni tərk edə bilməyənlərdir. Faktiki olaraq bu ölkənin bütün resursları tükənib. Bir qrup separatçı Dağlıq Qarabağ münaqişəsi ətrafında öz biznesini qurub. Dağlıq Qarabağ narkotiklərin becərilməsi, daşınması və digər qeyri-qanunu əməllər üçün istifadə olunur. Bununla uzağa getmək olmaz”.

O deyib ki, Ermənistanın işğalında olan Azərbaycan əraziləri ermənilərin resurs imkanlarını azacıq da artırmayıb: “Əksinə, rejimi qoruyacaq erməni tapmaq müşkül olub: Rusların köhnəlmiş tanklarını, texnikasını bir azdan saxlamaq mümkün olmayacaq. Əgər Ermənistan Azərbaycanın layihələrindən vaxtında bəhrələnsəydi, hər il büdcələrinə milyon dollarlarla vəsait daxil olacaqdı. Biz nikbinik. Səbrimizin tükənəcəyi həddən keçsə, başqa vasitələrə keçmək imkanımız da var və bundan istifadə edəcəyik”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə