Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bəzi küçələrdə hərəkət məhdudlaşdırılacaq
Bəzi küçələrdə hərəkət məhdudlaşdırılacaq
25 May 2013 / 11:04 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Bu gün Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, Bakıda keçirilən motosiklet yarışlarında iştirakçıların və tamaşaçıların təhlükəsizliyini təmin etmək məqsədilə 25 may saat 17:30-dan paytaxtın Azadlıq meydanı istiqamətində, Rəşid Behbudov küçəsi ilə Neftçilər prospektinin kəsişməsindən, Azadlıq prospekti ilə Zərifə Əliyeva küçəsinin kəsişməsindən, Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsinin kəsişməsindən, Zərifə Əliyeva və Zorge küçələrinin kəsişməsindən avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əhalidən xahiş edir ki, göstərilən istiqamətdə şəxsi avtomobillərdən istifadə edilməsin.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə