Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

25300 dolların xaricə aparılmasının qarşısı alınıb
25300 dolların xaricə aparılmasının qarşısı alınıb
25 May 2013 / 11:30 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Azərbaycandan Türkiyəyə qanunsuz yolla külli miqdarda xarici valyuta aparılmasının qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan vətəndaşı Mübariz Məmmədov Bakı-İstanbul aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gəlib.

arxiv.bizimxeber.az-ın məlumatına görə, gömrük nəzarətindən keçərkən şifahi sorğu-sual edilən M.Məmmədov üzərində və əl yükündə xarici valyutanın və digər mütləq bəyan olunası əşyaların olmadığını bildirib. Lakin qeyri-səmimi olduğu və hərəkətləri şübhə doğurduğu üçün onun üzərində şəxsi yoxlama aparılıb və bu zaman M.Məmmədovun üzərində gömrük nəzarətindən gizlədilmiş 25300 ABŞ dolları aşkar edilib.

M.Məmmədov külli miqdarda xarici valyutanı gizlətməsinin səbəbini İstanbulda həmin pulun oğurlana biləcəyindən ehtiyat etməsi ilə izah edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə