Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiya Azərbaycanda milli azlıqlar barədə fikirləri bölüşmür
Rusiya Azərbaycanda milli azlıqlar barədə fikirləri bölüşmür
25 May 2013 / 14:43 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Rusiya Azərbaycanda ləzgilər və avarlar kimi milli azlıqların hüquqlarının məhdudlaşdırılması barədə fikirləri bölüşmür”.

arxiv.bizimxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.

Onun sözlərinə görə, Azərbaycanda yaşayan Rusiya vətəndaşları arasında avarlar və ləzgilər də var: “İstərdim hər kəs bilsin ki, Rusiya Azərbaycanda ləzgilər və avarlar kimi milli azlıqların hüquqlarının məhdudlaşdırılması barədə fikirləri dövlət səviyyəsində bölüşmür”.

Səfir qeyd edib ki, səs-küylü və siyasiləşdirilmiş bəyanatlar işin xeyrinə yox, zərərinədir: “Hansısa milli azlıqların təhsil, mədəni tələbatlarının ödənilməsi ilə bağlı problemləri varsa, bu məsələləri sakit və konstruktiv mühitdə müzakirə etmək lazımdır. Əminəm ki, strateji tərəfdaşımız olan Azərbaycan məsələnin bu cür qoyuluşunu konstruktiv və aktual şəkildə qəbul edəcək”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə