Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Səddam Hüseynin hakimindən şok etiraf
Səddam Hüseynin hakimindən şok etiraf
25 May 2013 / 18:57 / Baxış sayı: 50
Font1 Font2 Font3 Font4

İraqın sabiq prezidenti Səddam Hüseynin mühakimə olunduğu məhkəmənin hakimlərindən biri şok açıqlama ilə çıxış edib. “Əl-Ərəbiyyə” telekanalına müsahibə verən Rizkar Muhamməd Emin İraq məhkəmələrinin beynəlxalq hüquq normalarına uyğun qərarlar vermədiyini açıqlayıb. Sözlərinə davam edən hakim sabiq ölkə rəhbəri Səddam Hüseynin edam olunmasını da bu qəbildən hesab edir.

“İraq məhkəmələri beynəlxalq hüquq normalarına görə qərar vermir. Əgər Səddam Hüseyn beynəlxalq məhkəmələrdən birində mühakimə edilsəydi, edam olunmazdı. Hakimlər məhkəmələrin yox, icraedici orqan olan nazirlər kabinetinin nəzarətindədir. Bir ölkədə məhkəmə müstəqil deyilsə, demokratiyadan danışmağın mənası yoxdur”.

Sədamı mühakimə etdiyi dövrlərdə mətbuatın və siyasi çevrələrin təzyiqi altında olduğunu deyən Muhamməd Emin bu səbəbdən də istefa verdiyini deyib.

Xatırladaq ki, ABŞ ordusu tərəfindən Tikritdə ələ keçirilən Səddam Hüseyn 1 il davam edən mühakimə prosesindən sonra 2006-cı ilin dekabr ayında qurban bayramı vaxtı edam edilmişdi (anspress).

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə