Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gülər Əhmədova nələri etiraf edib?
Gülər Əhmədova nələri etiraf edib?
27 May 2013 / 11:50 / Baxış sayı: 8
Font1 Font2 Font3 Font4

Sabiq deputat, fevral ayının 13-dən həbsdə olan Gülər Əhmədova barəsində seçilmiş üç aylıq həbs-qətimkan tədbiri vəkillərinin bütün cəhdlərinə baxmayaraq, ev dustaqlığı ilə əvəzlənmədi. May ayının 8-də məhkum xanımın özünün də böyük ümidlərlə iştirak etdiyi məhkəmədə həbs-qətimkan tədbiri daha üç ay uzadıldı.

Məlumatlara görə, 40 dəqiqəyə yaxın davam edən prosesdə G.Əhmədova əsəb krizi keçirib və bayılıb. Vəkilləri G.Əhmədovanın xəstəlik kağızını təqdim etsələr də, ona əhəmiyyət verən olmayıb. Vəkilləri deyiblər ki, qərardan apelyasiya şikayəti verəcəklər.

Ciddi əsəb sarsıntısı keçirən G.Əhmədovanın bu məhkəmə qərarından bir neçə gün sonra Kürdəxanı təcridxanasında Penitensiar Xidmətin rəisi, general-leytenant Mədət Quliyevlə görüşü oldu. M.Quliyev təfsilata varmadan mətbuata yalnız onu dedi ki, sabiq deputatın səhhətində onun həyatı üçün təhlükəli heç nə yoxdur.

“Yeni Müsavat” qəzetinin yazdığına görə, Gülər Əhmədova demək olar ki, hər həftə bir vəkili vasitəsi ilə hakimiyyətdəki bir sıra şəxslərə məktublar göndərir. O məktubların konkret hansı ünvana göndəriləcəyini yalnız “çölə” çıxarılandan sonra vəkilinə deyir.

Sonuncu məhkəməsi ərəfəsində o, səlahiyyətli şəxslərdən birinə yazdığı məktubda faktiki ev dustaqlığında olduğu dövrdə “lazımsız müsahibələr” verdiyini, “ağzından ehtiyatsız sözlər çıxardığını” və nəhayət, “psixoloji gərginlik səbəbindən ölkədən müvəqqəti də olsa çıxmaq istədiyini” “həyatının ən böyük səhvi” kimi dəyərləndirib. O, məktubunda xeyli dərəcədə insanı silkələyəcək sözlər də yazıb. Sabiq deputat ona inamın itməsini anladığını və “məni elektron nəzarət qolbağı ilə ev dustaqlığına buraxın”, – kimi fikirlər yazıb.

Onun sonuncu məhkəmədə isterik vəziyyətdə hakimə xitabən “qanım sizin üstünüzdə qalacaq” deməsindən hakimiyyət narahat olub və dərhal dövriyyəyə Penitensiar Xidmətin rəisi girib. “1 nömrəli məhbus”la təcridxana rəisinin otağında görüşən M.Quliyev G.Əhmədova ilə “profilaktik söhbət” aparıb.

“Azadlıq” qəzeti isə deyilənlərə aydınlıq gətirmək üçün Gülər Əhmədovanın vəkili Raqif Mustafayevlə əlaqə saxlayıb. Ancaq vəkil bildirib ki, yazılanlar həqiqətə uyğun deyil: “Mənə tapşırıq verilib ki, mətbuata açıqlama verməyim. Xahiş edirəm mənim adımı hallandırmayın. Həqiqətə uyğun olmayan xəbərləri də yazmayın“”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə