Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

«Müxalifətdə olan bütün şəxslərin adlarını ora yazsalar belə…»
«Müxalifətdə olan bütün şəxslərin adlarını ora yazsalar belə…»
27 May 2013 / 14:33 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4
Mübariz Qurbanlı: «Bu, bizi narahat etmir»
«Müxalifətin hansı ad altında birləşməsinin Azərbaycan hakimiyyəti üçün heç bir əhəmiyyəti yoxdur». Bunu Trend-ə YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib: «Hansı ad altında istəyirlərsə birləşsinlər. Bu, bizi narahat etmir. Sadəcə bu adın seçilməsi və bu adın xüsusilə tarixdə olan Milli Şura kimi təqdim edilməsi yolverilməzdir və qətiyyən anlaşılan deyil».

Mübariz Qurbanlı daha sonra söyləyib: «Bizim üçün əhəmiyyəti yoxdur ki, müxalifət bunun adını «milli şura» qoyacaq, «milli birlik» qoyacaq, «milli hərəkat» qoyacaq, çünki ötən illər ərzində müxalifətin onlarca ad altında birlik yaratdığını, dəbdəbəli ad altında birləşdiyini, guya bu ad altında hansısa uğur qazanacağı barədə cəmiyyətə mesajlar verdiyini görmüşük və eşitmişik. Hardadır «Demkonqres», hardadır «demokratik qüvvələr birliyi», hardadır digər o böyük adlar altında birliklərini nümayiş etdirdikləri qurumlar? Yoxdur, olmayacaq. Hamısı müvəqqətidir. Bir az mətbuatda görünəcək, sonra isə tamamilə iflasa uğrayacaqlar».

YAP-çı deputatın sözlərinə görə, müxalifətdə olanlar hələ də dərk edə bilmirlər ki, uğursuzluqlarının səbəbi xalqın böyük əksəriyyətinin prezident İlham Əliyevə dəstək verməsidir: «Çox cüzi azlıq indiki şəraitdə «müxalifət» deyilən dairələrin ətrafındadır və bu cüzi azlığın özünün də içərisində müxtəlif maraqlar var. Milli Şura adı altında toplaşanlar həmin o müxalifətin zamanında yaratdığı müxtəlif qurumların nümayəndələri olacaqlar və bu adamların bir araya gəlməsi Azərbaycanın ictimai-siyasi həyatına heç bir təsir göstərməyəcək. Bu adı xüsusi istismar etmələri də onlara divident gətirməyəcək. Yəni tarixdə olmuş Milli Şuranın adı altında tarixi istismar etmək, tarixi adı istismar etmək heç bir nəticə verməyəcək».

Mübariz Qurbanlının sözlərinə görə, bütün bunları nəzərə alaraq, hakimiyyət Milli Şuranın yaradılmasından qətiyyən narahat deyil: «Biz narahat deyilik, bizim gələcəklə bağlı, bütövlükdə seçkilərlə bağlı, ictimai-siyasi proseslərlə bağlı, ictimai rəylə bağlı apardığımız araşdırmalar nəticəsində əlimizdə kifayət qədər dəlillər, sübutlar, əsaslar var və biz bilirik ki, həmin Milli Şura deyilən qurum elan olunduqdan sonra da onun hansısa bir formada cəmiyyətə təsiri olmayacaq. Hətta müxalifətdə olan bütün şəxslərin adlarını ora yazsalar belə, bu, nəyisə dəyişməyəcək».

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə