Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Köhnə evlərin orta qiyməti – 113 162 dollar
Köhnə evlərin orta qiyməti – 113 162 dollar
27 May 2013 / 17:27 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Azərbaycanın daşınmaz əmlak bazarının təkrar mənzil bazarı seqmentində aprel ayında aparılan araşdırmalar zamanı bağlanan əqdlərin dinamikasında marta nisbətən 1,5% artım müşahidə edilib.

«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, son 5 ayda təkrar bazarda təklifin kəskin azalması və qiymətlərin kəskin artımı müşahidə olunub.

Son dövrlər bazarda baş verən proseslərin mənzil tikintisinin tempinə göstərdiyi müsbət təsirlər nəticəsində yeni tikililərin reabilitasiyası və dövriyyə imkanları ötən ilin müvafiq göstəriciləri ilə müqayisədə xeyli artıb. Bu isə təkrar bazara daxil olan yeni tikililər üzrə qiymətlərin artımına gətirib çıxarıb. Bütövlükdə tikintisi başa çatmış yeni tikililərdə kommunal təchizat problemlərinin həll olunması da qiymətlərin artımına təsir göstərir. Aparılan tədqiqatlar göstərir ki, ilkin bazardan fərqli olaraq təkrar mənzil bazarında qiymət dinamikasının sürətli artım tendensiyası daha kəskin xarakter daşıyır.

Aprel ayında təkrar mənzil bazarında orta qiymət əvvəlki ayla müqayisədə 0,7% artaraq 1 211 dollar/kv.metr təşkil edib. Ötən ay əksər rayonlarda nisbi qiymət artımı müşahidə olunub. Ay ərzində ən çox qiymət artımı Xətai rayonunda (2,3%) qeydə alınıb.

Apreldə aktivlik əmsalına görə ən cəlbedici rayonlar martda olduğu kimi Xətai, Yasamal və Nərimanov rayonları olub. Araşdırmalar göstərir ki, söküntü işlərinin başlanmasından və ipoteka kreditlərinin aktivləşməsindən sonra bu rayonlara olan maraq da tədricən dərinləşir. Ümumilikdə, ipoteka prosesində əməliyyatların əsas çəkisi də bu rayonların üzərinə düşür. Bu, həmin rayonlarda qiymətlərin ipotekanın normativ tələblərinə uyğunluğu ilə də bağlıdır. Lakin son 5 ay ərzində demək olar ki, bütün rayonlarda aktivliyin artımı ictimai nəqliyyatla tam təmin olunan, metro stansiyalara yaxın ərazilərdə qiymətlərin daha kəskin artdığını göstərir.

Aprel ayında aparılan araşdırmalara əsasən, təklif 3,7% azalıb və nəticədə, bazara satış üçün təklif olunan mənzillərin sayı 5 400-ə enib. Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonlarının təklif portfelindəki payı əvvəlki aylarda olduğu kimi mütləq çoxluq təşkil edib və onların ümumi payı 78,7%-ə bərabər olub.

Aparılan araşdırmalara əsasən, ilkin bazarda da təklif portfeli daha çox bu 4 rayonun hesabına formalaşır. Təklif portfelinin strukturunun uzun müddətdir bu rayonlar hesabına formalaşmasının əsas səbəbi həmin rayonlar üzrə yeni tikililərin təkrar bazara daxil olması ilə də bağlıdır. Layihələr üzrə təklif portfelində yeni tikililərdəki mənzillər əsas çəkiyə sahibdir.

Apreldə də otaqlar üzrə mənzillərin vəziyyətinə gəldikdə, 4 və 5 otaqlı mənzillərin sayında azalma baş verib. Təklif üzrə ən çox azalma 4 otaqlılar üzrə qeydə alınıb. Lakin 1, 2 və 3 otaqlı mənzillərin təklif üzrə payında artım müşahidə olunub. Təkliflə yanaşı otaqlar üzrə qiymət artımı ən çox 1 və 2 otaqlı mənzillərdə baş verib. Təklif üzrə ən çox artım 2 otaqlı mənzillərdə qeydə alınıb və 2,2% təşkil edib.

Hesabat ayında mənzillərin orta otaq göstəricisi 2.79, hər otağın orta satış qiyməti 46 472 dollar, mənzilin orta qiyməti isə 113 162 dollar təşkil edib.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə