Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İsa Qəmbər xalqı təbrik etdi
İsa Qəmbər xalqı təbrik etdi
28 May 2013 / 10:48 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Müsavat Partiyasının başqanı İsa Qəmbər 28 May – Respublika günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Partiyanın mətbuat xidmətindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, Müsavat başqanı hər il olduğu kimi bu ildə xüsusi təbrik bəyanatı ilə çıxış edib. Təbrikdə deyilir:

“Hörmətli soydaşlarım! 

 Azərbayan Xalq Cümhuriyyətinin yaranmasının 95 illiyi münasibətilə hamınızı təbrik edirəm!

Ötən əsrin əvvəllərində, 1918-ci ilin mayın 28-də böyük öndər Məhəmməd Əmin Rəsulzadənin və onun silahdaşlarının,  dövrün tanınmış siyasətçiləri və ziyalılarının fədakarlıqları nəticəsində Azərbaycanda ilk demokratik dövlət yaradıldı.  Bu dövlət cəmi 2 il yaşasa da, ölkəmizin  və xalqımızın tarixində çox böyük iz qoydu, dövlət və ordu quruculuğu, iqtisadiyyat, elm, təhsil, səhiyyə və mədəniyyətin inkişafı istiqamətində mühüm işlər gördü. Ən əsası isə, M.Ə.Rəsulzadənin təbirincə desək, xalqa azacıq da olsa azadlıq hissi dadızdırıldı.
1920-ci ilin aprelində baş vermiş bolşevik istilası nəticəsində cümhuriyyət süqut etsə də, onun ideyalarını məhv etmək mümkün olmadı, xalq demokratik cümhuriyyətin dəyərlərini, onun əsasını təşkil edən müsavatçılıq ideyalarını öz qəlbində qoruyub saxladı. Təsadüfi deyil ki, 20-ci əsrin sonlarında Azərbaycan xalqı öz ikinci istiqlal mücadiləsinə başlayanda da, məhz bu ideyalarla silahlandı, başı üzərində bu dövlətin atributlarını dalğalandırdı.

Azərbaycan xalqı bu mübarizədən də qalib çıxdı və təkrar öz müstəqilliyinə qovuşdu. Lakin 20 ildir  hakimiyyətdə olan əliyevlər rejimi xalqa öz müstəqilliyindən bəhrələnməyə imkan vermirlər. Avtoritar və səriştəsiz idarəçilik ölkəni acınacaqlı duruma salıb, bütün sahələr ağır böhran içindədir. Qarabağımız  hələ də düşmən tapdağı altındadır, insan haqları və demokratik azadlıqlar yox səviyyəsindədir, korrupsiya və rüşvətxorluq baş alıb gedir. Ölkənin nefti və digər təbii sərvətləri bir qrup adam tərəfindən talan edilir. Əhalinin böyük bir hissəsi isə aclıq və səfalət həddində yaşayır.

Bizim müstəqillik uğrundakı mücadiləmizin bir hədəfi də ölkəmizdə demokratik dövlət qurmaq, azad vətəndaş cəmiyyəti yaratmaq idi. Müstəqilliyimizə qovuşsaq da bu hədəfə çatmaq uğrunda mübarizəmiz davam edir. Bu mübarizədə həm siyasi qüvvələr, həm ziyalılar, həm də bütövlükdə cəmiyyət və xalq fəal olmalı, öz taleyinin və sərvətlərinin sahibinə çevrilməlidir. 2013-cü il bu yolda unikal imkanlar ilidir. Biz birgə fəaliyyətimizlə  ölkəni avtoritar rejimin caynağından xilas etməliyik.

Hörmətli soydaşlarım! 

Bir daha Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95 illiyi münasibətilə hamınızı təbrik edir, demokratiya və haqq-ədalət uğrunda mübarizədə hamımıza uğurlar arzulayıram.

Tanrı Azərbaycanımızı qorusun!”

 arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə