Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Falçı saxlanılıb
Falçı saxlanılıb
28 May 2013 / 11:53 / Baxış sayı: 30
Font1 Font2 Font3 Font4

Masallıda falçılıqla məşğul olay rayon sakini saxlanılıb.

Bu barədə APA-ya Masallı rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Ramin Əhədov məlumat verib.

Onun sözlərinə görə, RPŞ-ə daxil olan şikayət ərizəsinə müvafiq olaraq əməliyyat-istintaq tədbirləri həyata keçirilib və nəticədə rayonun  Mollaoba kənd sakini, 31 yaşlı Ədilə Zəfər qızı Nəzərova dələduzluq faktına görə yaxalanıb. Araşdırmalardan məlum olub ki, falçılıqla məşğul olan bu qadın insanların etibarından sui-istifadə etməklə onlara məxsus qızıl-zinət əşyalarını mənimsəyib. Zərərçəkənlərdən rayonun Mahmudavar kənd sakini, 49 yaşlı Nazilə Əbdülsabir qızı Həsənova da dələduzluğun qurbanı olub. Belə ki, Ə.Nəzərova fala baxmaq üçün N.Həsənovanın evinə gələrək, ona qızıl-zinət əşyalarını palçığın içərisində gizlədib, yalnız 40 gündən sonra açılmasını tələb edib. Falçı çıxıb getdikdən sonra qızıllarının palçığın içində olub-olmamasını dəqiqləşdirmək istəyən N.Həsənova orada konfetdən savayı heç nəyin olmadığını görüb – «müştərisinin» fikrini yayındıran falçı qadın cibinə basdığı qızılların yerində palçığın içinə konfet və qənd qoyaraq qaçıb.

Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, Ə.Nəzərova dələduzluq əməlinə görə 2008-ci ildə də Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə