Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yağış Qusarda da fəsadlar yaratdı
Yağış Qusarda da fəsadlar yaratdı
28 May 2013 / 12:16 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Ötən gün Qusar rayonuna yağan güclü yağış bir sıra fəsadlar yaradıb.

APA-nın məlumatına görə, güclü yağış bir neçə fərdi yaşayış evinə zərər vurub. Qusar şəhər, Əzizbəyov küçəsində bir neçə fərdi yaşayış evinin zirzəmisi və həyətyanı sahəsi su ilə dolub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, su nasoslarından istifadə edilərək evlər və həyətyanı sahələr yağış sularından təmizlənib.

Quba Regional Hidrometeorologiya idarəsindən verilən məlumata görə, Quba və Qusarın müxtəlif ərazilərinə 21 mm-dən 35 mm-dək yağıntı düşüb. Quruçay və Qudyalçayda suyun səviyyəsi 14 sm artıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə