Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

YAP-çı deputat Milli Şuranı aşağıladı
YAP-çı deputat Milli Şuranı aşağıladı
29 May 2013 / 13:26 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə müxalifət qüvvələrinin dünən elan etdiyi Milli Şura ilə bağlı münasibətini açıqlayıb. arxiv.bizimxeber.az-ın məlumatına görə, YAP-çı deputat müxalifət liderlərinin yaratdığı Milli Şuranın heç nəyə yaramayacağını bildirərək müxalif liderlərin öz aralarında razılığa belə gəlməyəcəklərini vurğulayıb.

“Milli Şuranın adı elan olunsa da, tərkibi elan olunmadı. Çoxdan reklam olunan müxalifətin layihəsi cəmiyyətə yarımçıq şəkildə təqdim olundu” .
Bu yeni təsisat nə milli, nə də şura olmadığına görə belə də yaranmalı idi. Əgər bu cəmiyyətin Milli Şurası idisə, bütün siyasi qüvvələri bir araya gətirmək cəhdi olmalı idi. Amma göründüyü kimi, orada müxalifətin bir neçə qanadı təmsil olundusa, o milli deyil. Həmçinin cəmiyyətin nüfuzlu ziyalıları orada yoxdursa və cəmiyyət tərəfindən soyuq qarşılandısa, şura funksiyası rolunu yerinə yetirə bilməz.
Əvvəldən məlum idi ki, müxalifətin müəyyən dairələri bu yeni strukturdan qarşıdan gələn prezident seçkilərində məhz özünün sosial bazası kimi istifadə etmək istəyir. Buna görə də nə tərkib barədə razılığa gəlmək mümkün olur, nə də rəhbərlik yoxdur.
İddialı müxalifət liderinin heç biri qarşıdan gələn prezident seçkilərində digərinə qətiyyən güzəştə getməyəcək. Hesab edirəm ki, Milli Şura yaranmamış iflasa uğrayan müxalifət cəhdidir. Qarşıdan gələn müddətdə əvvəlki müxalifət birlikləri kimi burada da qarşıdurmanın, ittihamların sonda isə təşkilatın fəaliyyətinin dayandırılmasının şahidi olacağıq. Çünki, müxalifətin təqdim etdiyi Milli Şuraya cəmiyyətin sosial sifarişi yoxdur”-deyə YAP rəsmisi bildirib.

Tural

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə