Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Turizm şirkətlərinə vaxt verildi
Turizm şirkətlərinə vaxt verildi
29 May 2013 / 15:02 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi bəzi turizm müəssisələrinə fəaliyyətlərindəki çatışmazlıqları aradan qaldırmaq üçün iyunun 15-dək vaxt verib. Trend-in məlumatına görə, bunu jurnalistlərə nazir Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, monitorinq zamanı turizm müəssisələrinə fəaliyyətlərində aşkarlanan nöqsanların aradan qaldırılması göstərişi verilib.

Onun sözlərinə görə, yay turizm mövsümünə hazırlıq məqsədilə monitorinq keçirilməmişdən öncə bütün turizm müəssisələrinə xüsusi sorğu göndərilib. Həmin sorğu əsasında turizm müəssisələri monitorinqə hazırlaşa bilərdilər.

Nazir qeyd edib ki, bu il ilk dəfə olaraq şirkətlər turizm xidmətlərini toplum şəklində təqdim etməyə başlayıblar. Məqsəd turizm müəssisələrində dincəlmək istəyən vətəndaşların istirahətlərini daha yaxşı təşkil etməkdir:

«Yəni onlar istirahətlərini yalnız hotellərdə qalmaqla yekunlaşdırmamalıdırlar. Onlar üçün ekskursiyalar, səyahətlər təşkil edilməlidir».

Turizm müəssisələrində qiymətlərə gəlincə, nazir bildirib ki, ötən il yay turizm qiymətləri 2011-ci illə müqayisədə 10-20 faiz enib. Hazırda əsas məqsəd qiymət artımının qarşısını almaqdır.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə