Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Milli Tolerantlıq Mərkəzinin təqdimatı olub
Milli Tolerantlıq Mərkəzinin təqdimatı olub
29 May 2013 / 15:09 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Milli Tolerantlıq Mərkəzinin təqdimat mərasimi keçirilib.

arxiv.bizimxeber.az-ın məlumatına görə, tədbirdə Azərbaycanın rəsmi şəxsləri, xarici ölkələrin səfirləri, İSESCO-nun baş direktoru Abdeləziz Osman əl Tuveycri, bir sıra beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.

Əvvəlcə qonaqlar üçün “Azərbaycan – tolerantlıq məkanı” adlı film nümayiş olunub. Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov mərkəzin yaradılmasının əsas məqsədləri barədə danışıb. O deyib ki, mərkəz xalqların birgə yaşaması, islamın inkişafı, Azərbaycanın Qərb və Şərq arasında körpü yanaşması üzərində qurulub: “Mərkəzin yaradılması təşəbbüsü Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məxsusdur. Mərkəz dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafına yönəlmiş layihələri dəstəkləyəcək, seminarlar, treninqlər təşkil edəcək”.

Daha sonra çıxış edən mədəniyyət və turizm naziri Əbulfas Qarayev ikinci dəfədir ölkədə keçirilən mədəniyyətlərarası dialoq forumu çərçivəsində ilk tədbir olan Milli Tolerantlıq Mərkəzinin təqdimatının təsadüf olmadığını və onun dinlərarası və mədəniyyətlərarası tolerantlığa töhfə verəcəyini əminliyini vurğulayıb.

BMT-nin Sivilizasiya Alyansı üzrə ali nümayəndəsi Nəsir Əbdeləziz əl Nəsir və İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl Tüveycri Azərbaycanda mövcud olan tolerantlıq və əmin-amanlıq şəraitindən danışıblar və mərkəzin işinə uğurlar arzu ediblər.

Sonra UNESCO-nun baş direktoru İrina Bokovanın təbrik məktubu oxunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə