Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

AMEA-da yeni strukturlar yaradıldı
AMEA-da yeni strukturlar yaradıldı
29 May 2013 / 15:38 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) struktur dəyişikliklərinə başlanılıb.

APA-nın xəbərinə görə, AMEA Rəyasət Heyətinin (RH) bu gün keçirilən iclasında RH mərkəzi aparatının mövcud strukturu və ştat cədvəlində müəyyən dəyişikliklər müzakirəyə çıxarılıb. Nəticədə AMEA RH-də Elmi-Təşkilat və Analitika İdarəsi, Beynəlxalq Əlaqələr İdarəsi, Təhsil və kadrlar, Hüquqi təminat, İnnovasiya, İctimaiyyətlə əlaqələr şöbələri və ümumi şöbənin təşkili qərarına gəlinib.

AMEA RH Mərkəzi aparatının İşlər İdarəsi, Maliyyə-iqtisad şöbəsi, Uçot və mühasibat hesabatı şöbəsi, I xüsusi şöbə, II xüsusi şöbə, Xarici dillər kafedrası və Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzinin strukturları isə ştat cədvəlinə uyğun olaraq saxlanılıb.

AMEA prezidenti Akif Əlizadə qeyd edib ki, RH mərkəzi aparatının strukturundakı yeniliklər AMEA-dakı struktur dəyişikliklərinin başlanğıcıdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə