Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İP İsgəndər Həmidovun və Mustafa Hacıbəylinin həbsini qınadı
İP İsgəndər Həmidovun və Mustafa Hacıbəylinin həbsini qınadı
29 May 2013 / 16:32 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4

İctimai Palatanın Koordinasiya Şurası İsgəndər Həmidovun saxlanması ilə bağlı bəyanat verib. Bu barədə qurumun üzvü Pənah Hüseynin verdiyi məlumatda deyilir ki, Həmidovun saxlanması barədə xəbər KŞ-nın iclası zamanı daxil olub. Koordinasiya Şurası dərhal etiraz bəyanatı qəbul edib. Bəyanatda bildirilir ki, İsgəndər Həmidovun silah tətbiq olunaraq zorakılıqla həbs olunmasından İP Koordinasiya Şurası ciddi narahat olub. İP KŞ bu hadisənin İsgəndər Həmidovun siyasi mövqeyi və mayın 28-də Novxanıda keçirilən bayram mitinqindəki çıxışı ilə əlaqəli olduğunu bəyan edib. Eyni zamanda İsgəndər Həmidovun həbsi demokratik qüvvələrə qarşı qorxutma aktı kimi dəyərləndirilib və repressiya faktı kimi pislənilib. İP KŞ dərhal İsgəndər Həmidovun azad olunmasını tələb edib.

İctimai Palatanın Koordinasiya Şurası Müsavat Partiyası başqanının müşaviri, İP üzvü Mustafa Hacıbəylinin Novxanıdakı mitinqdən dərhal sonra həbs olunması və barəsində 15 sutka həbs cəzası qərarının çıxarılması barədə də etiraz bəyanatı qəbul edib. Bəyanatda deyilir ki, Mustafa Hacıbəylinin həbs olunması onun siyasi mövqeyi ilə bağlıdır. İP KŞ Mustafa Hacıbəylinin həbs olunmasının repressiya olduğunu bəyan edib. Bəyanatda Mustafa Hacıbəylinin azad olunması tələb edilir.

Qeyd edək ki, mayın 29-da saat 15 radələrində özlərini polis kimi təqdim edən şəxslər Nərimanov rayonunda yerləşən “Montin” bağında sabiq daxili işlər naziri İsgəndər Həmidovu saxlayaraq özləri ilə aparıblar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə