Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Milli Şura: hansı partiya neçə nəfərlə təmsil olunacaq?
Milli Şura: hansı partiya neçə nəfərlə təmsil olunacaq?
29 May 2013 / 16:38 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Tərkibin və bəyannamənin élan olunmamasının səbəbləri

Məlum olduğu kimi, dünən gecə saatlarında Milli Şura elan olundu. Milli Şuranın təşəbbüsçüləri gözlənildiyi və əvvəldən də açıqlandığı kimi qurumu 28 May Respublika Günündə elan etsələr də, Milli Şuranın yekun siyahısı, orada kimlərin təmsil olunması və qurumun bəyannaməsi elan olunmadı. Təşəbbüsçülərin sözlərinə görə, Milli Şuranın tərkibi və bəyannaməsi də yaxın günlərdə elan olunacaq.

AzNews.az-a daxil olan məlumatda Milli Şuranın tərkibində kimlərin, həmçinin, hansı siyasi təşkilatın neçə nəfərlə təmsil olunacağı ilə bağlı eksklüziv bilgilər verilir.

Məlumatlı mənbənin verdiyi informasiyaya görə, Milli Şurada say etibarilə ən çox təmsilçilik Müsavat, AXCP və “El” Hərəkatında olacaq. Mənbə bildirir ki, hər üç siyasi qurum Milli Şurada ən azı 10 nəfərlər təmsil olunacaq. Qurumda təmsil olunacaq digər siyasi partiyalardan Vətəndaş Həmrəyliyi Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası 3, Açıq Cəmiyyət və Azərbaycan Liberal Partiyaları isə 2 nəfərlə təmsil olunacaq.

Mənbənin məlumatına görə, Milli Şurada ölkədəki gənclər təşkilatlarının da nümayəndələri təmsilçilik haqqı əldə edəcək. Belə ki, AXCP və Müsavat Partiyalarının Gənclər Təşkilatının sədrləri qurumda ayrıca təmsilçilik hüququ əldə edəcək. Eyni zamanda, ölkədəki digər gənclər təşkilatlarının da – NİDA Vətəndaş Hərəkatı və Azad Gənclik Təşkilatının da Milli Şurada təmsilçiliyi olacaq.

Maraqlıdır ki, ölkənin tanınmış gənclərindən olan Bəxtiyar Hacıyev və onun təmsil olunduğu Müsbət Dəyişiklik Hərəkatından Milli Şurada heç kim təmsil olunmayacaq. B.Hacıyevə bu barədə təklif olsa da, o bu quruma qoşulmaqdan imtina edib. Səbəb kimi isə qurumun uğurlu fəaliyyətinə əmin olmadığını göstərib.

Milli Şurada fərdi qaydada təmsil olunacaq digər şəxslərin arasında isə tanınmış hüquq müdafiəçiləri, hüquqşünaslar və QHT rəhbərləri var.

Mənbə iddia edir ki, Milli Şuranın tərkibinin elan olunmasının ləngiməsinin səbəbi bəzi partiyaların onlara verilən təmsilçilik sayının azlığından narazılıq etməsidir. Məlumata görə, konkret olaraq, VHP, KXCP, ALP və ACP Milli Şurada daha çox şəxslə təmsil olunmaq tələbi irəli sürüblər. Bu barədə təşəbbüsçülər arasında yaranan narazılıq isə Milli Şuranın tərkibin elan olunmasını ləngidir. Məlumata görə, adı çəkilən partiyaların təmsilçiləri az öncə yaranan “El” Hərəkatına bu qədər çox təmsilçilik hüququnun verilməsindən narazıdırlar və buna görə də, özlərinə də daha çox təmsilçilik hüququnun verilməsini istəyirlər.

Mənbənin məlumatına görə, əvvəlcədən deyildiyi kimi, Milli Şuranın tərkibinin 50-51 nəfər yox, daha çox şəxsdən ibarət olması təşəbbüsçülərin əsas narazılıq etdiyi məsələdir. Qurumda təmsil olunan partiyalar daha çox yer tələb etdikləri üçün bu siyahı 70-80 nəfərə qədər artıb.

Məlumatda deyilir ki, hazırda Milli Şuranın təşəbbüsçülərinin əsas məqsədi bu siyahını maksimum azaltmaq və deyildiyi kimi 50-51 nəfərə endirməkdir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə