Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İsmət Abbasov Parisdə görüşlər keçirir
İsmət Abbasov Parisdə görüşlər keçirir
30 May 2013 / 10:41 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Beynəlxalq Epizootiya Təşkilatının (BET) Nümayəndələrinin Ümumdünya Assambleyasının 81-ci baş sessiyasında iştirak etmək üçün Parisdə səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov BET-in baş direktoru Bernard Vallat ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq at yarışlarına hazırlıqla bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən görülmüş işlər müzakirə olunub. Yarışda iştirak edəcək atların baytarlıq sanitariyası baxımından təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilmiş tədbirlər barədə qarşı tərəfə məlumat verilib. Həmçinin, Azərbaycanda baytarlıq sahəsinin BET-in mütəxəssisləri tərəfindən ilkin qiymətləndirilməsinə dair hesabatda əksini tapmış məsələlər, əldə edilmiş nailiyyətlər və həyata keçirilməli olan işlərin birgə həlli yolları müzakirə edilib. BET-in baş direktoru yarışların keçirilməsi ilə əlaqədar faktiki vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycana təşkilatın ekspertlərindən ibarət missiyanın göndəriləcəyini qeyd edib.

İ.Abasov Azərbaycan və BET arasında əməkdaşlığın gücləndirilməsi, habelə Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq at yarışlarına hazırlıq istiqamətində konkret tədbirləri müzakirə etmək məqsədilə təşkilatın Regional Komissiyasının fəxri prezidenti və Şərqi Avropa üzrə regional nümayəndəsi Nikola Belev ilə də görüş keçirilib. Görüş zamanı at yarışlarına hazırlıqla bağlı müvafiq qanunvericiliyin təkmilləşdirilməsi, atların identifikasiyası prosesinin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb. BET rəsmiləri ümumilikdə hazırlıqla bağlı işlərin gedişindən məmnunluğunu bildirməklə yanaşı, yarışların uğurlu keçməsi üçün tövsiyələrini veriblər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə