Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ səfiri Qarabağdan danışdı
ABŞ səfiri Qarabağdan danışdı
30 May 2013 / 11:03 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar hesab edir ki, ATƏT-in Minsk qrupu gücləndirilməlidir.

“ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinin tərəfdarıdır. Biz bilirik ki, mövcud status-kvo, ölkənin ərazi hissəsinin işğalı yolverilməzdir”, – Trend-in məlumatına görə, səfir “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumunun yekun sessiyasında çıxış edərək deyib.

“Azərbaycanda səfir olduğum doqquz ay ərzində mən dərk etdim ki, Dağlıq Qarabağ münaqişəsi bütün Azərbaycan xalqını birləşdirir və bu münaqişənin faciələri bütün millətin faciələridir”, – Morninqstar qeyd edib.

Diplomatın sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri özləri məsələnin nizama salınmasına nail ola bilməyəcəklər.

“Mənim fikrimcə, gündəliyə ATƏT-in Minsk qrupun gücləndirilməsi məsələsi qoyulmalıdır. Bu münaqişənin ölkə-iştirakçılarından hər biri təşəbbüskar etibarlı addımlar atmalıdır. O şəraitdə ki, xalqlar sülh əldə etmək üçün bu və ya digər güzəştlərə hazır deyilsə, sülh əldə olunmayacaq “, – səfir qeyd edib.

Morninqstarın fikrincə, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin prosesdə iştirakı çox əhəmiyyətli olardı.

“Minsk qrupundan başqa, “ikinci eşelonun diplomatiyası” adlandırılan beynəlxalq və yerli qeyri hökumət təşkilatları sülhün əldə olunmasına öz töhfəsini verməlidir”, – ABŞ-ın Azərbaycandakı səfiri əlavə edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə