Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məşhur restoran cərimələndi
Məşhur restoran cərimələndi
30 May 2013 / 11:43 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

“Pizza-İnn”də aşkarlanmış nöqsanlarla əlaqədar müəssisənin rəhbəri 5000 manat cərimə edilib

Bakıda fəaliyyət göstərən məşhur kafe-restoran cərimələnib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, komitənin yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Fəvvarələr meydanı, 8 ünvanında fəaliyyət göstərən fiziki şəxs Natiq Qədirova məxsus “Pizza-İnn” kafe-restoranında aşkar olunmuş nöqsanların aradan qaldırılması ilə bağlı verilmiş tapşırığın icra vəziyyətini yoxlamaq məqsədilə təkrar dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Araşdırma zamanı müəssisəyə verilmiş tələbnamələrin tam icra olunmadığı, 11 aprel 2013-cü il tarixindən istehsalı və satışı qadağan olunmuş biskvitli-kremli tort və pirojnaların istehsalının dayandırılmadığı və satışı aşkar olunub. Həmçinin dövlət nəzarəti tədbirləri zamanı restoranda istehlakçılara təqdim olunan yeməklərin hazırlanmasında ölkəmizdə istehsal olunan ətlərlə yanaşı, Braziliya Respublikasından idxal olunan “Friboy” nişanlı uyğunluq sertifikatı olmayan dondurulmuş mal ətindən istifadə olunduğu müəyyən olunub.

Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar olaraq fiziki şəxs Natiq Qədirov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 317.2 maddəsinə əsasən inzibati protokol tərtib edilib, məhsulların istehsalının dayandırılması barədə müəssisə rəhbərinə bir daha xəbərdarlıq edilib, inzibati xəta haqqında qərara əsasən müəssisə rəhbəri 5000 manat cərimə edilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə