Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sabah Milli Məclisin yaz sessiyasının son iclasıdır
Sabah Milli Məclisin yaz sessiyasının son iclasıdır
30 May 2013 / 12:09 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4
Milli Məclisin mayın 31-də keçiriləcək yaz sessiyasının son plenar iclasında Azərbaycanın keçmiş prezidenti və həyat yoldaşına xüsusi imtiyazlar, o cümlədən xüsusi diplomatik status verilməsi ilə bağlı təkliflər müzakirəyə çıxarılacaq.

Parlamentdən APA-ya verilən məlumata görə, bu təkliflər “İcra haqqında” və “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunlara əlavə və dəyişiklik layihələrində əksini tapıb.

“İcra haqqında” qanunun 68-ci maddəsinə edilən təklif olunan dəyişikliyə əsasən, Azərbaycanın keçmiş prezidenti və onun həyat yoldaşına ayrılmış pensiyaya, sosial müavinətə qarşı mülki tələb yönəldilə bilməz. Yəni, məhkəmələr onların pensiyalarına, onlar üçün ayrılan sosial müavinətlərə qarşı hər hansı borc tələbi, vurulan ziyanın ödənilməsi ilə bağlı tələb və s. bu kimi tələbləri yönəldə bilməyəcək.

Azərbaycanın keçmiş prezidenti hazırda qanunvericilikdə edilən son dəyişiklikdən sonra hazırkı prezident məvacibinin yarısı qədər – 7500 manat pensiya alır.

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunun 6-cı maddəsinin beşinci hissəsinə edilən dəyişikliyə əsasən isə Azərbaycan Respublikası Prezidentinə verildiyi kimi, keçmiş prezidentə və onun həyat yoldaşına da ömürlük diplomatik pasport veriləcək, bununla, onlar da xüsusi diplomatik statusa malik olacaqlar.

Buna görə dövlət rüsumu da tutulmayacaq.

Bizixmeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə