Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Erməni nazirin müharibə qorxusu
Erməni nazirin müharibə qorxusu
30 May 2013 / 13:21 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Azərbaycanın Müdafiə Nazirliyi ciddi şəkildə müharibəyə hazırlaşır”.  “Qafqazinfo”nun “Armeniya Today” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Ermənistan Müdafiə naziri Seyran Ohanyan deyib. Onun sözlərinə görə, hazırki mərhələdə Ermənistan Silahlı Qüvvələrinin tərkibi və mövcud silahlandırılmalar Azərbaycanın mümkün təcavüzünün qarşısını almağa kifayət edir. Bununla yanaşı erməni nazir qeyd edib ki, Azərbaycanın hərbi xərclərinin artması erməni tərəfini narahat edir.

Ohanyanın qiymətləndirməsinə görə, müdafiəyə sahəsinə xərclənən vəsait Qarabağ münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqlarda sadəcə üstünlük əldə etmək çərçivəsindən artıq çıxır. Bu sübut edir ki, Azərbaycanın Müdafiə Nazirliyi ciddi şəkildə müharibəyə hazırlaşır: “Biz bundan xəbərdarıq və situasiyanı diqqətlə izləyirik. Biz, əlbəttə tam silahlandırma yarışına qatılmırıq, lakin öz müdafiə imkanlarımızı inkişaf etdirərək geri də qalmırıq”.

Ohanyan həmçinin bildirib ki, büdcədən hərbi sahəyə daha çox vəsait ayrılması pis olmazdı: “Biz hər qəpiyin xərclənməsinə böyük diqqət ayırırıq. Müasir silahların əldə edilməsi prosesindən geri qalmamaq üçün başqa maliyyə mənbələri tapırırq”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə