Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Mən Avrointeqrasiyanın tərəfdarıyam”
“Mən Avrointeqrasiyanın tərəfdarıyam”
30 May 2013 / 16:48 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Bəzi kütləvi informasiya vasitələrində Avropaya inteqrasiyanın əleyhinə olduğumu oxuduqda təəccübləndim. Bu yalanı kim və hansı məqsədlə uydurub bilmirəm, amma hələ 20-ci əsrin əvvəllərində dövlətimizin Avropa xalqları ailəsinə daxil olması dədə-babamın arzusu idi, dövlətimizin gələcəyi üçün başqa yol təsəvvür etmirəm.

Azərbaycanın hansısa konkret bloklarda və beynəlxalq və dövlətlərarası ittifaqlarda iştirakına gəlincə, demokratik qüvvələrin namizədi qələbə qazanarsa, keçid dövründə Konstitusiyaya prezidentin səlahiyyətlərinin məhdudlaşdırılmasını, hakimiyyət qollarının real balansının təmin edilməsini, dövlətin daxili və xarici siyasətinin ölkənin və xalqın maraqlarına uyğun şəkildə müəyyən edilməsində parlamentin və ona hesabat verən hökumətin rolunun gücləndirilməsini nəzərdə tutan düzəlişlər razılaşdırılmalı və referenduma çıxarılmalıdır.

Çoxpartiyalı əsaslarla yeni ədalətli və düzgün seçkilər keçirilməlidir ki, bu, Azərbaycan xalqına iradəsini bildirmək yolu ilə öz prioritetlərini və seçimini müəyyən etmək imkanı verəcək.

Amma bu qədər irəli baxmayaq. Hər şeyin öz vaxtı var. Formalanması yenicə başa çata Milli Şura keçid dövrü üçün yaradılıb və əsas diqqəti qarşıda duran prezident seçkilərinə yetirməlidir. Bu gün bizim hər birimiz heyəti yaxın günlərdə açıqlanacaq Milli Şuranın işinə vicdanla və şərəflə şərait yaratmalıyıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə