Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Milli Şura müzakirələrində iştirakımız arzu olunmayıb”
“Milli Şura müzakirələrində iştirakımız arzu olunmayıb”
30 May 2013 / 16:30 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“ADP sırf istiqlalçı mövqedən çıxış etdiyinə görə Milli Şura ilə bağlı müzakirələrdə iştirakı arzu olunmayıb”.

arxiv.bizimxeber.az-ın məlumatına görə, bu açıqlamanı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu verib.

Onun sözlərinə görə, ADP-nin Milli Şura istiqamətində aparılan danışıqlarda iştirakına imkan verilməyib: “Bizim Milli Şurada hər hansı formada iştirakımıza etiraz ediblər. Bizimlə əvvəlcədən müzakirə aparmaq fikirləri olmayıb”.

S.Cəlaloğlu qeyd edib ki, bütün bunlara baxmayaraq, Milli Şuranın məqsədləri aydın olandan sonra partiyanın qurumda təmsilçiliyi müzakirə mövzusu ola bilər: “Milli Şura, onun tərkibi barədə müzakirələr hələ də davam edir. Bəzi məsələlər isə hələlik tam aydınlaşmayıb. Əgər onlar xalqa xidmət etsələr, hətta biz ora qatılmasaq belə, Milli Şuranın fəaliyyətinə dəstək vermək bizim borcumuzdur. Lakin məqsədlər, məramlar bizim ümumi məqsəd və maraqlarımıza uyğun gəlməsə, nəinki Milli Şuraya qatılmayacağıq, hətta yeri gələndə rəqib kimi mübarizə aparacağıq”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə