Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Türklərin sümükləri üzərində turizm kompleksi tikilirsə….”
“Türklərin sümükləri üzərində turizm kompleksi tikilirsə….”
30 May 2013 / 17:59 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Millət vəkili Fazil Mustafa Nargin adasında türk əsgərinə xatirə abidəsinin ucaldılması təklifini ortaya qoyub. arxiv.bizimxeber.az xəbər verir ki, bu baradə fikir bildirən deputat məsələni Milli Məclisdə qaldıracağını da bəyan edib.
“”Nargin” adasında böyük bir turizm kompleksinin salınması nəzərdə tutulub. Layihə ilə tanış oldum, həqiqətən də maraqlı bir turizm məkanına çevriləcək. Ancaq bir məqamı yenə də görməzdən gəlmişlər. Orada bildiyiniz kimi, 1-ci Dünya müharibəsində ruslara əsir düşən türk əsgərləri yerləşdirilmiş və çox böyük acılar və iztirablar içində aclıq, səfalət və tibb xidmətinin olmamasından dolayı həlak olmuşlar. İndi də sümükləri orada durur. O zaman Azərbaycan ziyalıları, xeyriyyəçiləri onlara yardım etmək üçün bütün vasitələrdən istifadə etmişdilər. Bütün hallarda bu Türk əsgərləri həm də bizim əsgərlər sayıldığından onların sümükləri üzərində bir turizm kompleksi tikilirsə, onların faciəsini xatırladacaq bir Memorialın da tilikməsinə ehtiyac olduğu düşüncəsindəyəm. Sonralar oradan qaçan zabit və əsgərlər Azərbaycanın azadlığı uğrunda mübarizədə də fəal iştirak etmişlər. Təbii ki, bizlər Nuri Paşanın göz görəsi qəhrəmanlığına dəyər vermədiyimiz halda, gözlə görünməyən bir məkanda baş verənləri necə dəyərləndirəcəyik, deyə soruşula bilər. Cavabı qısadır: Biz öz vəfamızı göstərək, ümid edək ki, kar olmuş qulaqlar bir gün mütləq dinləyəcəklər. Düşünürəm ki, bu layihəni gerçəkləşdirənlər Türk əsgərinin ruhuna sayğı göstərməyə borcludurlar. Sabah inşallah fürsət olarsa Milli Məclisdə bu məsələni mütləq gündəmə gətirəcəyəm”

Tural

arxiv.bizimxeber.az



“Türklərin sümükləri üzərində turizm kompleksi tikilirsə….” yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə