Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vəzirovun müsahibə qalmaqalı – “Səs yazısı əlimizdədir”
Vəzirovun müsahibə qalmaqalı – “Səs yazısı əlimizdədir”
30 May 2013 / 18:14 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4

Nijni Novqorod Azərbaycanlılarının Mədəni Muxtariyyətinin internet portalının (“azerrosnn.ru”) rəhbərliyi Azərbaycan Kommunist Partiyasının keçmiş birinci katibi Əbdürrəhman Vəzirovla bağlı yayımladığı qalmaqallı müsahibənin təfərrüatlarına aydınlıq gətirib.

Ə.Vəzirov “Turan” Agentliyinə açıqlamasında bildirib ki, onun adından saxta müsahibə hazırlanıb və Azərbaycan KİV-lərində yayılıb. Vəzirov müsahibə vermədiyini bildirib və saxta müsahibənin ona aidiyyəti olmadığını bəyan edib. “Azerrosnn.ru” saytınınb redaksiyası isə az öncə bununla bağlı rəsmi açıqlama yayıb.

“Azərbaycan Kommunist Partiyasının keçmiş birinci katibinin adından KİV-də yayılmış müsahibə tam səhihdir və Əbdürrəhman Vəzirovdan götürülüb. Bizdə olan müsahibənin audio yazısı 40 dəqiqə davam edir. Müsahibə zamanı təkcə jurnalistləri deyil, bütün Azərbaycan ictimaiyyətini maraqlandıran suallara cavablar əks olunub. Biz hələlik respublikada onsuz da gərgin ictimai –siyasi vəziyyəti nəzərə alaraq, müsahibənin siyasi məsələləri əhatə edən ikinci bölümünü yaymamaq qərarına gəldik. Bu söhbət zamanı ölkəmizin 90-cı illərinin siyasi tarixinin bir sıra məsələlərinə aydınlıq gətirilib”-deyə redaksiyanın açıqlamasında vurğulanır.

Xatırladaq ki, Ə.Vəzirovla müsahibənin Azərbaycan dilində tərcüməsini Modern.az saytı yaymışdı. Azərbaycanın aparıcı KİV-ləri də həmin müsahibəni yayımlayıblar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə