Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan-Qazaxıstan biznes forumu keçirilib
Azərbaycan-Qazaxıstan biznes forumu keçirilib
30 May 2013 / 18:24 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Mayın 30-da Qazaxıstan Respublikasının Atırau şəhərinin akimi Serik Aydarbekovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan biznes forumu keçirilib. İqtisadi İnkişaf nazirliyinin mətbuat xidmətindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, qida, kənd təsərrüfatı, səhiyyə, gəmiçilik, enerji, yüngül sənaye və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak etmişdir.

Qonaqları salamlayan İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan və Qazaxıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, bunun iqtisadi və digər sahələrdə də əməkdaşlığın inkişafına təkan verdiyini vurğulamış, bununla belə hər iki ölkənin iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensiala malik olduğunu diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, iki ölkə arasında möhkəm müqavilə-hüquq bazası yaradılmış, indiyədək Azərbaycan və Qazaxıstan arasında ticarət və iqtisadi sahədə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 9 iclası keçirilmişdir. Hazırda Azərbaycanda 40-a yaxın Qazaxıstan kapitallı şirkəti fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Qazaxıstanda uğurla fəaliyyət göstərirlər. İşgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini qeyd edən nazir müavini Niyazi Səfərov biznes təşəbbüslərinin stimullaşdırılması baxımından bugünkü biznes forumun yeni əməkdaşlıq imkanlarının yaranmasına, mövcud əlaqələrin və ticarət əməkdaşlığının genişlənməsinə müsbət təsir göstərəcəyini bildirmişdir.

Qazaxıstan Respublikasının Atırau şəhərinin akimi Serik Aydarbekov ölkəsində, o cümlədən Atırauda iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermiş, dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatına Qazaxıstanda marağın böyük olduğunu vurğulamışdır. Bildirilmişdir ki, Qazaxıstan regionları ilə Azərbaycan regionları arasında əməkdaşlığın inkişafı üçün böyük potensial var. Atıraunun akimi Serik Aydarbekov Azərbaycan sahibkarlarını Atırau şəhərində iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə yatırmağa dəvət etmişdir.

Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühitinə dair təqdimatla çıxış etmişdir.

Biznes forumda “Atırau şəhərinin investisiya prioritetləri və iqtisadi potensialı”  mövzusunda təqdimat keçirilmişdir.Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir

Tural

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə