Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Milli Şura milyarderlərdən maliyyə istəyir – ŞOK İDDİA
Milli Şura milyarderlərdən maliyyə istəyir – ŞOK İDDİA
30 May 2013 / 18:34 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Uzun müddət gözlənilən hadisə baş verdi. Müxalifətin yaratmağa çalışdığı və üzərində xeyli zamandır işlədiyi Milli Şura elan olundu. İki gün ötməsinə baxmayaraq istər müxalifət (həm Milli Şurada təmsil olunması gözlənilənlər, həm də digər yerdə qalanlar), istər iqtidar, istərsə də bu düşərgələrin heç birinə aid olmayan, ancaq siyasi gündəmi izləyən insanların əsas müzakirə mövzusu məhz Milli Şuradır.

Elan olunmasından sonra Milli Şurada kimlərin təmsil olunancağı böyük ölçüdə məlumdur. Bu qurumun fəaliyyət istiqaməti də xırda istisnalarla məlumdur. Yəni, belə təsəvvür yaranır ki, artıq Milli Şura barədə hər şeyi bilirik. Amma siyasi mübarizədə maliyyə amilinin rolu nədənsə nəzərdən qaçıb. Axı bu təşkilatın təsisçilərinin maddi imkanları o səviyyədə deyil ki, elan və iddia etdikləri işləri görməyə yetsin. Deməli, qurumun maliyyə ehtiyaclarını qarşılayacaq kənar şəxslərə ehtiyac var.

arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, məhz bu istiqamətdə bir neçə imkanlı iş adamı, milyarderlərlə danışıq aparılır. Məlumatı verən mənbənin sözlərinə görə, artıq bəzi müsbət cavablar da alınıb. Məlumata görə, maliyyə ilə bağlı aparılan danışıqlarda əsas ağırlıq Rusiyada yaşayan milyarder soydaşlarımızın üzərinə düşür.

Xatırladaq ki, 2003-cü ilin prezident seçkisində də bəzi müxalifətçi namizədlərə Rusiyadan anoloji təklif və yardımlar edilib.

Toğrul
arxiv.bizimxeber.az



Milli Şura milyarderlərdən maliyyə istəyir – ŞOK İDDİA yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə