Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azərbaycan terrorçuluq və dini radikalizmə qarşı mübarizə aparır”
“Azərbaycan terrorçuluq və dini radikalizmə qarşı mübarizə aparır”
31 May 2013 / 10:47 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4
ABŞ Dövlət Departamenti 2012-ci il üzrə terrorçuluqla mübarizəni dəstəkləyən ölkələrin siyahısını açıqlayıb.

Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, hesabatın Azərbaycana aid hissəsində deyilir ki, Azərbaycan Qafqaz vasitəsilə trafikinq, çirkli pulların yuyulması və qaçaqmalla məşğul olan terror təşkilatları ilə fəal mübarizə aparır: “Ölkə terrorçuluqla mübarizə səylərini gücləndirir və terror təşkilatlarının fəaliyyət göstərməsinin qarşısını almaqda uğurlar əldə edib”.

Hesabatda Azərbaycan təhlükəsizlik qüvvələrinin terrorçulara qarşı keçirdiyi uğurlu əməliyyatlardan söz açılıb.

Çirkli yuyulması ilə mübarizəyə dair bölmədə deyilir ki, Azərbaycan bu hala qarşı mübarizə aparan bir sıra təşkilatların üzvüdür və 2009-cu ildən bəri bu sahədə 15 qanun qəbul edilib, 6 prezident fərmanı imzalanıb.

Hesabatın Azərbaycana aid hissəsinin sonunda ölkənin dini radikalizmə qarşı atdığı addımlar da qeyd olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə