Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mingəçevirdə məcburi köçkünlər aksiya keçirir
Mingəçevirdə məcburi köçkünlər aksiya keçirir
31 May 2013 / 12:28 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Bu gün saat 11:00 radələrində Mingəçevir şəhərində məcrubi köçkünlər aksiya keçirməyə başlayıb. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, aksiyada 30-a yaxın məcburi köçkün iştirak edir. Onlar İcra Hakimiyyətinin qabağını və “20 yanvar” küçəsində yolu bağlayıblar. Polis hazırda yolları açır. Aksiya iştirakçıları onlara evlərin verilməməsi ilə bağlı etiraz edir.

Məsələ ilə əlaqədar icra hakiminin I müavini İlham İsmayılovun ANS PRESS-ə verdiyi məlumata görə, hazırda məsələ araşdırılır.

“Ümumiyyətlə Mingəçevirdə məcburi köçkünlər üçün 9 mərtəbəli 10 bina (502 ailə üçün nəzərdə tutulur) istifadəyə verilib. Hazırda sənədlər yığılıb. Təbii ki, bəzilər daha çox mənzil almaq istəyir. Bəziləri Bakıda yerləşdikləri halda gəlib Mingəçevirdə ev almaq istəyir. Ona görə də narazılıqlar var, biz də problemin aradan qaldırılması istiqamətində çalışırıq. Şikayətçilər qəbul ediləcək və bir-bir dindiriləcək”, – deyə İlham İsmayılov bildirib.

Problemlə əlaqədar Qaçqın və Məcburi Köçkünlərlə iş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Elmar İsmayılov açıqlamasında hazırda hadisə yerinə getdiyini bildirib. “Bizə də məlumat veriblər ki, məcburi köçkünlər aksiya keçirir. İndi Mingəçevir şəhərinə gedirik. Onlarla görüşüb, danışacağıq. Məcburi köçkünlərin məskunlaşdırılması, onlara yeni mənzillərin verilməsi, onlar üçün şərait yaradılması məsələsi həmişə diqqətimizdədir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə