Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Abdullah Gülə at hədiyyə olundu
Abdullah Gülə at hədiyyə olundu
31 May 2013 / 13:44 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

Türkmənistanda səfərdə olan Türkiyə prezidenti Abdullah Gülə bir sıra qiymətli və maraqlı hədiyyələr verilib

Dünəndən başlayan görüşlərdə türkmənlərin milli geyimi və papağının hədiyyə olunduğu prezident bu gün cins at hədiyyə alıb. Atı ona Türkmənistanın prezidenti Qurbanqulu Berdimuhammedov hədiyyə edib.

Atın adı türkmən dilində “uzaqdakı dost” anlamını verən “Yoldaş”dır. Ahaltəkə cinsindən olan qiymətli at cins at indiyə qədər Atçılıq İdman Kompleksində saxlanılıb.

Prezident A.Güldən atı yoxlamaq istəyib –istəmədiyini soruşub. Gül “hə” desə də özü atı minməyib. Onun yerinə də atı yoxlamadan

Türkmənistan prezidenti keçirib. Daha sonra hər iki prezident “Yoldaş”la şəkil çəkdirib.

Gül hədiyyədən danışarkən “Mənə verilən hədiyyələrin ən qiymətlisidir. Qızılı rəngdədir” deyib.

Türkmən atı olan Ahaltəkə 3 min il əvvəl insanlar tərəfindən əhliləşdirilən at cinsi kimi qəbul edilir. Adına “Dədə-Qorqud” və “Manas” dastanlarnda da rast gəlinən at təkə-türkmənlərin sevimli heyvanıdır.//AzNews

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə