Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ziyafət Əsgərov Qüdrət Həsənquliyev üz-üzə gəldi
Ziyafət Əsgərov Qüdrət Həsənquliyev üz-üzə gəldi
31 May 2013 / 13:55 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Ayıb olsun, özünüzü jurnalistlərə göstərirsiniz?!”

Milli Məclisin bugünkü iclasında deputatlar arasında mübahisə yaşanıb. Millət vəkili Qüdrət Həsənquliyev qanun layihələrinin parlamentdə müzakirəsiz, ardıcıl olaraq səsverməyə çıxarılmasına görə parlament rəhbərliyini tənqid edib.

Deputat bildirib ki, 2012-ci ilin büdcəsinin icrası ilə bağlı müzakirələri aparmırsınız, ikinci, üçüncü dərəcəli məsələ ilə bağlı müzakirə açırsınız: “Ondansa, elə ardıcıl olaraq sənədlərin hamısını səsverməyə qoyun, getsin. Sovet dövründə iki sessiya olurdu – yaz və payız. Və sənədlərin hamısını bir yerə yığıb səs verirdilər”.

Vitse-spiker Ziyafət Əsgərov Qüdrət Həsənquliyevin bu fikirlərinə etiraz edib. “Ayıb olsun, özünüzü jurnalistlərə göstərirsiniz?! Parlament seçkiləri hələ 2015-ci ildədir, siz isə indidən PR aparırsınız. Sovet dövrünün parlamenti ilə müqayisə aparmağınız ümumiyyətlə yersizdir”.

Vitse-spiker bildirib ki, büdcə layihəsi ilə bağlı heç kim müzakirəyə yazılmadığından, layihə birdəfəlik səsə qoyulub.

Deputat Fazil Mustafa isə həmkarı Qüdrət Həsənquliyevə qahmar çıxıb və Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun deputat “Ayıb olsun!” ifadəsinə etiraz edib: “Ziyafət Əsgərov tribunadan “Ayıb olsun!” dedi. Rəyasət Heyətinə belə söz yaraşmır. Niyə belə ifadələr işlədilir ki, sonra da xoşagəlməz gərginlik yaransın”.

Spiker Oqtay Əsədov deyib ki, büdcənin icrası müzakirə edilən zaman çıxış üçün heç bir deputat təkid etməyib: “Sonra arxadan atılan daş kimi Milli Məclisin Rəyasət Heyəti haqqında danışmaq düzgün deyil. Kim deyə bilər ki, parlamentdə kiməsə söz deyilməyib? Sonra çağırış etmək ki, jurnalistlər bunu yazsın, bu, düzgün deyil”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə