Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Adam oğruluğu ilə məşğul olan dəstə yaxalandı
Adam oğruluğu ilə məşğul olan dəstə yaxalandı
31 May 2013 / 14:15 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4

Bakıda adam oğurluğu faktı qeydə alınıb. Məlumata görə, Bilsuvar rayon sakini 32 yaşlı Səbuhi Əliyev Səbail rayonu ərazisindən nazirliyin 102 zəng xidmət mərkəzinə müraciət edib. O bildirib ki, bir neçə gün əvvəl Xətai rayonu Gəncə prospekti 54 ünvanının qarşısında tanıdığı iki nəfər şəxs: İlqar Musayev və Ramil Vəliyev onu “Hyundai” markalı avtomobilə mindirərək aparıblar. Həmin şəxslər külli miqdarda borc pulun müqabilində S.Əliyevi girov saxlayıblar.

Aparılmış araşdırmalar nəticəsində S.Əliyevin bildirdikləri faktla təsdiqini tapıb. Onu girov saxlamaqda şübhəli bilinən İlqar Musayev, Ramil Vəliyev, eləcə də paytaxt sakinləri Tahir Mollayev, Həbib Qarayev, Tərtər rayon sakinləri Elnur Bayramov və Azər Cavadov tutulublar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə iş başlanılıb, araşdırmalar aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə