Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qeysəriyyə əməliyyatı da ciddi nəzarətə götürüldü
Qeysəriyyə əməliyyatı da ciddi nəzarətə götürüldü
31 May 2013 / 14:48 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda qanunsuz qeysəriyyə kəsiyi əməliyyatı aparanlarla bağlı cəzaların müəyyənləşməsinə dair layihə müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə olunub.

Əlavəyə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına görə vəzifəli şəxslər 5 min manatdan 7 min manata qədər, hüquqi şəxslər isə 10 min manatdan 15 min manata qədər cərimə olunacaqlar.

Müzakirələr zamanı spiker Oqtay Əsədov bildirib ki, son vaxtlar hamilə qadınların USM müayinəsindən keçməsi məsələsi çox geniş yayılıb və bunun nəticəsində qeysəriyyə əməliyyatlarının sayı artıb: “Mən bunu çox neqativ hal hesab edirəm, Allahın işinə müdaxilə kimi qiymətləndirirəm. Biz gələcəkdə bunun qarşısının alınmasını və Azərbaycanda qadağan olunmasını düşünməliyik”.

Deputat Musa Quliyev isə çıxışında qeyd edib ki, uşaqların cinsinin əvvəlcədən müəyyən olunması və selektiv abortlarla bağlı məsələ “Reproduktiv sağlamlıq haqqında” qanunda öz əksini tapacaq və Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Deputat Aytən Mustafayeva da bildirib ki, belə hadisələr ciddi demoqrafik dəyişikliyə gətirib çıxara bilər və bu səbəbdən selektiv abortlara qarşı çıxmaq lazımdır.

Deputat Rəfael Cəbrayılov da spiker Oqtay Əsədovun fikrini dəstəkləyərək bildirib ki, Azərbaycanda bu sahədə vəziyyət acınacaqlıdır. O deyib ki, 2012-ci il üçün rəsmi statistik məlumata görə, qeysəriyyə əməliyyatı nəticəsində 14% oğlan, 46% qız uşağı qeysəriyyə əməliyyatı nəticəsində götürülüb.
Layihə səsə qoyularaq qəbul olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə