Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlqar Məmmədov “kars”da
İlqar Məmmədov “kars”da
31 May 2013 / 15:59 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

REAL Hərəkatının sədri, prezidentliyə namizəd və İlqar Məmmədovun təcridxana rəhbərliyi tərəfindən “kars”a salınıb. Məlumatı hərəkatın mətbuat xidməti yayıb.

Vəkil Xalid Bağırovun verdiyi məlumata görə, dünən 30 may tarixində, Kürdəxanı təcridxanasında həbs edilərək saxlanılan prezidentliyə namizəd İlqar Məmmədov, daxili intizamı pozmaq ittihamı ilə təcridxana rəhbərliyi tərəfindən “kars”a salınmaqla cəzalandırılıb. Bu günə qədər İlqar Məmmədov “kars”da saxlanılır.

Xatırladaq ki, İlqar Məmmədov Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə həbs-qətimkan tədbiri seçilib. REAL Hərəkatının həmsədri yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar etməkdə ittiham olunur.

Bizimxber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə