Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ŞOK – Merkel Ollandı tanımır
ŞOK – Merkel Ollandı tanımır
31 May 2013 / 16:58 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Yelisey sarayında Fransa prezidenti Fransua Olland və AFR kansleri Angela Merkelin birgə mətbuat konfransı zamanı kuryoz hadisə baş verib.

arxiv.bizimxeber.az-ın məlumatına görə, söz alan alman lideri 1981-1995-ci illərdə respublikaya rəhbərlik edən Fransua Mitteranı öz tərəfdaşı adlandırıb.

“Üzərində işlədiyimiz mövzular, artıq Fransua Mitteranla razılaşdırılıb: söhbət iqtisadiyyatın tempinin artırılması, məşğulluq səviyyəsinin artırılması, rəqabət qabiliyyətinin stimullaşdırılmasından gedir. Gənclər arasında işsizlik probleminə də, təbii ki, əsas diqqət göstərilir” – deyə, Merkel bildirib.

Maraqlıdır ki, Fransa prezidenti kanslerin bu səhvini tutmayıb, çünki Merkelə səhv barədə tərcüməçi məlumat verib.

Bundan dərhal sonra “Fransua Ollan, Fransua Mitteran yox! Fransua Olland!” – deyə, Merkel öz səhvini düzəldib. Bu sözlər Fransa prezidentinin də təbəssümünə səbəb olub.

Qeyd edək ki, Yelisey sarayında keçirilən Fransa və Almaniya liderlərinin danışıqları Aİ-nin iyunun sonunda baş tutacaq sammitinə həsr olunub.

Tuncay
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə