Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Daha bir idmançı intihar etdi
Daha bir idmançı intihar etdi
12 İyun 2013 / 10:35 / Baxış sayı: 68
Font1 Font2 Font3 Font4

Azərbaycanda son 3 gündə ikinci idmançı intiharı baş verib. “Vesti.az”ın verdiyi məlumata görə, bu dəfə Xırdalan şəhərində kikboksinq üzrə keçmiş  Avrasiya çempionu, idman ustası, 1977-ci il təvəllüdlü Fərhad Məmməd oğlu Aşurov özünü asıb.

Abşeron rayon polis şöbəsindən bildirilib ki, intihar ötən gün “Quşçuluq” yaşayış massivində qeydə alınıb. Fərhad evin giriş qapısı üzərindəki qaz borusundan özünü asıb. Asılmış meyiti qonşuları görüb. Onlar idmançının qardaşına zəng edərək, dəhşətli xəbəri çatdırıblar.

Məlumata görə, Aşurov özü idmançı karyerasını məhv edib. Narkotik maddələrə aludəçiliyini bildikdən sonra onu federasiyadan uzaqlaşdırıblar. Bundan sonra o, həbsxanaya düşüb. Keçmiş idmançının sağlamlığı, o cümlədən, psixikası ilə bağlı problemləri yaranıb. Bu səbəbdən, Aşurov psixonevroloji dispanserdə uçota durub. Aşurov ayağından əməliyyata da hazırlaşırmış.

Aşurovlar ailəsi əvvəllər Bakının Yasamal rayonunda qalıb. Onlar bir müddət öncə Xırdalana köçüblər. Ailə darısqal şəraitdə qalıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, ötən şənbə günü Sumqayıtda sambo üzrə dünya çempionu, idman ustası Əhəd Rəcəbli özünü asıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə