Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vəkil sabiq siyasi məhbusları məhkəməyə verir
Vəkil sabiq siyasi məhbusları məhkəməyə verir
12 İyun 2013 / 10:46 / Baxış sayı: 66
Font1 Font2 Font3 Font4

Avropa İnsan Hüquqları Məhkəməsi 11 dekabr 2012-ci ildə 2003-cü ilin oktyabr hadisələri ilə əlaqədar məhkum olunmuş 11 nəfər barəsində qərar qəbul edib. Vəkil Əsabəli Mustafayev “Yeni Müsavat” qəzetinə deyib ki, müdafiə etdiyi 9 nəfərdən 8-nə 10 min avro, 1-nə isə 12 min avro ödənilib: “Mən bu şəxslərdən bir neçəsi barədə məhkəmə iddiası qaldırmağa hazırlaşıram. Məsələ ondadır ki, Avropa Məhkəməsindəki proses mənim əməyim və şəxsi xərclərim əsasında aparılıb. Əmin idim ki, işləri Avropa Məhkəməsində udacağam, şəxsin hüquqlarını bərpa edəcəyəm. Həm də bununla yanaşı, çəkdiyim əməyin və zəhmətin əvəzi qismən də olsa ödənəcək.

Onların əksəriyyəti çoxdandır siyasi fəaliyyətdən uzaqlaşsalar və ya öz partiya mənsubiyyətlərini dəyişsələr də, mən onlara ideyalı, mətin və etibarlı insanlar kimi yanaşırdım. Çox təəssüf ki, bir qədər sonra ciddi səhv etdiyimi anladım. Təsəvvür edin ki, bu şəxslərin Avropa Məhkəməsində gedən proseslərdə iştirakı bir dəfə banka gedib mənim səyimlə onların hesabına köçürülmüş pulu almaqdan ibarət olub. Pulları alandan sonra bir qismi ümumiyyətlə yoxa çıxdılar, bir qismi isə hüquqi xidmətin əvəzini ödəməkdən faktiki olaraq imtina etdilər. Mən də həmin şəxslərə qarşı məhkəmə iddiası qaldıraraq, çəkdiyim xərclərin və əməyimin əvəzinin ödənilməsini tələb etmək niyyətindəyəm.

Müdafiə etdiyim şəxslər tərəfindən bu münasibət məndə şok effekti yaratdı. Mən öz haqqıma nail olmaq əzmindəyəm, əks halda digər şəxslərin hüquqlarını müdafiə etməyə mənəvi haqqım olmaz. İkincisi, bu şəxslərin bəziləri hələ də siyasi və ictimai fəaliyyətdədirlər. Hətta keçmişdə deputat olmaq istəyiblər. Yəqin ki, yenə bu arzudadırlar. Onların bəziləri yeni yaranmış Milli Şurada təmsil olunurlar. Mən istəyirəm ki, bu şəxslərin ətrafı, olanlarla təmasda onların hər biri, bütövlükdə ictimaiyyət bu insanların nankorluğu, etibarsızlığı, maddi nemətlərə hərisliyi və digər belə xüsusiyyətləri barədə ətraflı məlumatlansınlar. Eyni zamanda qeyd etməliyəm ki, alacağım qonorarın böyük hissəsi icraatımda olan bir sıra işlərin davam etməsinə, yeni işlərin başlanmasına yönələcək. Bu şəxslərin hesabına bir çox işləri dayandırmaq, bəzi işlərin başlanmasından imtina etməli olacağam. Bununla da onlar bir qisim insanın müdafiəsiz qalmasına səbəbkar olacaqlar.

Məhkəmə araşdırması başlanmayana qədər mən konkret adlar çəkmək istəmirəm. Ümid edirəm ki, məhkəmələr mətbuatda geniş işıqlandırılacaq, çünki belə proseslər indiyə qədər olmayıb. Həm də belə şəxsləri ictimaiyyətə tanıtdırmağa ehtiyac var”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə