Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lavrov: “Bu silahlar müdafiə olunmaq üçündür”
Lavrov: “Bu silahlar müdafiə olunmaq üçündür”
12 İyun 2013 / 11:08 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

Rusiya xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin Suriya böhranının həllində ikili standartlar tətbiq etdiyini söyləyib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN başçısı Moskvanın Suriyaya göndərdiyi silahların müdafiə məqsədli olduğunu bildirib.

Onun sözlərinə görə, Qərb ölkələri Suriya müxalif qüvvələrinə dəstək verir: “Suriyada hakimiyyətə qarşı vuruşan bəzi silahlı qruplar Əl-Qaidə terror təşkilatı ilə bağlıdır. Mən burada ikili standartları izləmək istəmirəm. Ya siz, beynəlxalq arenada terrorçuları tanımırsınız, ya da ki, indiki vəziyyətdə olduğu kimi ikili standartlar siyasəti həyata keçirirsiniz. Qərb ölkələrinin yürütdüyü siyasət budur: Bu ölkədə filankəs xoşuma gəlmir, bu səbəbdən ona diktator adını qoyub hakimiyyətini devirək…Başqa ölkədə digər şəxsin də diktator davranışları var, amma o bizim diktatordur…Başqa ölkələrdə də diktatorlar var, amma onlar Qərb ölkələrinin diktatorlarıdır…Bu ikili standart siyasətidir”.

Rəsmi Moskvanın Suriyaya silah satması ilə bağlı sualı cavablandıran Sergey Lavrov bildirib ki, Rusiya qanuni şəkildə müqaviləsi olan hər kəsə silah satır. Hava hücumundan müdafiə sistemləri ilə hərbi cinayət işlənilə bilməz. Bu silahlar müdafiə olunmaq üçündür”.

Jurnalistin “Suriyalı bir general mart ayında Rusiyadan 20 min AK-47 markalı avtomat, 200 min top mərmisi, bomba, milyonlarla güllə istəyib. Bütün bunlar müdafiə olunmaq üçündürmü?” sualına Rusiya XİN başçısı belə cavab verib: “Biz Suriya ordusunun sifarişlərindənmi, yoxsa, imzalanan müqavilələrdənmi danışırıq. Bunlar tamamilə fərqli şeylərdir”.

Suriya lideri Bəşər Əsədin hakimiyyətdən getməsi ilə bağlı suala cavab verən S. Lavrov bildirib ki, bu qərarı Suriya xalqı verəcək: “Mən buna qərar verə bilmərəm. Bu qərarı Suriya xalqı verməlidir. Suriyada tərəflərin bir masaya oturub problemi həll etməsi gərəkdir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə