Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Goranboy sakinləri atəşə tutulub
Goranboy sakinləri atəşə tutulub
12 İyun 2013 / 11:58 / Baxış sayı: 34
Font1 Font2 Font3 Font4

Goranboy sakinləri ermənilər tərəfindən intensiv atəşə tutulub. arxiv.bizimxeber.az xəbər verir ki, Azərbaycan və Ermənistan Silahlı qüvvələrinin təmas xətti boyunca ermənilər yenidən aktivləşib. Atəşkəs rejiminin pozulması əsasən təmas xəttinə yaxın olan kəndlərin sakinlərini təşvişə salıb. Bu gecə Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndi də erməni silahlı birləşmələri tərəfindən atəşə tutulub.

Gecə saat 03:00 radələrində Tap-Qaraqoyunlu kəndi təqribən 30 dəqiqə ərzində güclü atəşə məruz qalıb. Kənd əsasən iriçaplı silahlardan və yandırıcı güllələrdən mütəmadi gülləbaran edilib. Yandırıcı güllələr kənd sakini Familə Hacıyevanın təsərrüfatının yardımçı binalarında yanğına səbəb olub.

Baş verən yanğın əvvəlcə qonşuların, sonra isə FHN-nin Goranboy və Naftalan rayonları Yanğından Mühafizə Bölməsinin şəxsi heyəti və texnikasının köməyi ilə söndürülüb.Yanğının digər evlərə keçməsinin qarşısı alınıb. Bundan əlavə, Hacıyevaya məxsus 150 ot bağlamasının bir hissəsi yanıb.

Kənd sakinləri bildirir ki, son üç gündə düşmən kəndi daha tez-tez atəşə tutur. Gülləbaran zamanı evlərin dam örtükləri zərər görsə də, xoşbəxtlikdən bu dəfə də kənddə insan tələfatı qeydə alınmayıb. Sakinlərin bildirdiklərinə görə, belə hallarda düşmən hər dəfə Azərbaycan Ordusu tərəfindən cavab atəşi ilə susdurulur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə